Avropa
Fransa sərhədlərini xarici tələbələrə bağlamayacaq
Fransada COVID-19 pandemiyasının 4-cü dalğasının başlasa belə ölkə sərhədlərini xarici tələbələrə bağlamayacaq.
Publika.az xəbər verir ki, bunu Fransanın ali təhsil naziri Frederik Vital universitetlərlə bağlı danışarkən deyib. O bildirib ki, yeni tədris ilində universitetlərdə tələbələrin 100 faiz iştirakını təmin etmək üçün tədbirlər görülür. Sentyabrın ilk günlərindən tələbə şəhərciklərində tələbələrin peyvənd edilməsi üçün xüsusi guşələr yaradılacaq. Yay aylarında peyvənd edilməyən tələbələrin yeni tədris ilinin elə ilk günündən peyvənd qrafikini tamamlamaq imkanı olacaq.
Koronavirus testi pozitiv çıxan şəxs peyvənd edilməyənlərlə əlaqədə olduğu təqdirdə, ikincilər 7 gün karantində saxlanılacaq. Yalnız peyvənd olunmuş tələbələr universitet şəhərciklərində qala biləcəklər. Peyvənd olunan tələbələrin tələbə həyatına qayıtmaları üçün bütün tədbirlər görüləcək.
Qeyd olunub ki, ölkədə 18-24 yaş arasında olan gənclərin 60 faizi peyvəndin birinci dozasını qəbul edib.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR