Avropa
Fransanın bəzi regionlarında "ağ plan"a başlanıldı
Fransa Regional Səhiyyə Ajansı COVID-19 pandemiyasının yenidən baş qaldırması ilə xəstəxanaların təşkilatlanmasının möhkəmləndirilməsi məqsədilə Provence-Alpes-Cote-d’Azur (PACA) regionunda “ağ plan”ın (plan blanc) başladığını elan edib.
Publlika.az xəbər verir ki, xəstəxanalarda koronavirus xəstələrinin sayının həndəsi silsilə ilə artması xəstəxanaların növbti mərhələ üçün hazır olması vacibliyini doğurub. Nis şəhər xəstəxanasının reanimasiya şöbəsinin rəhbəri Karol İçe xəstəxanada koronavirus pasientlərinin artdığını bildirərək, növbəti mərhələyə keçid üçün xəstəxanaların hazır olmasının vacibliyinə toxunub. Bildirib ki, hazırda reanimasiya şöbəsində ağır xəstələrin sayı çox olduğundan, xəstəxanaya pasient axını zamanı əsas vasitələrin tez və rasional tətbiqini planlaşdırmaq məqsədi ilə xüsusi təcili yardım və səhiyyə böhranı üçün hazırlanmış “ağ plan”a başlanılıb. Virus sürətlə yayılır, xəstəxanada yeni çarpayılara, eləcə də kadrlara ehtiyac var. Növbəti mərhələyə keçmək üçün hazır olmaq lazımdır. “Ağ plan” işə qəbulu asanlaşdırmağa və bu strategiyanı başlamağa imkan verir. Xəstəxanadakı koronavirus pasientlərinin daha gənc yaş kateqoriyasını əhatə etdiyi diqqətə çatdırıb. Yoluxmanın 20-40 yaş arasında daha çox yayıldığı və bu yaş kateqoriyasının peyvənd edilmədiyi bildirib.
Xatırladaq ki, son günlər Fransada gündəlik yoluxma orta hesabla 21 mindən çox olur.
-
İnanc21:36Ramazanın 19-cu gününün duası - İftar və imsak vaxtları
-
Magazin121:00Xuramanın makiyajsız halı gündəm oldu - Video
-
Sağlamlıq20:24Qəhvə qan təzyiqinə görün necə təsir edir
-
İnanc19:36Bu gün ilk Qədr gecəsidir
-
Nida Xəbər 17:55Çin vətəndaşları İrandan Azərbaycana təxliyə edildi
-
Nida Xəbər 17:45Əlcəzair İranın Naxçıvana PUA hücumundan narahatdır - Attaf
-
İqtisadi gündəm17:26İran münaqişəsi ərzaq qiymətlərini bahalaşdıracaq
-
ABŞ16:40ABŞ İranda hərbi əməliyyatlara neçə milyard dollar xərcləyib?











.jpg)


























