İtaliyada pandemiya qurbanlarının sayı 129 minə yaxınlaşdı
Bizi izləyin

Avropa

İtaliyada pandemiya qurbanlarının sayı 129 minə yaxınlaşdı

Ötən sutka ərzində İtaliyada koronavirusa 7470 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə virusa yoluxanların sayı ümumilikdə 4 milyon 478 min 691 nəfərə yüksəlib.

Publika.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, son 24 saat ərzində 255 min 218 koronavirus testi icra olunub.

Nazirlik 5462 nəfərin virusdan sağaldığını və aktiv xəstə sayının isə 133 min 421 olduğunu bildirib. Reanimasiya şöbəsində olan xəstələrin sayı 466-ya çatıb.

Ötən gün 45 nəfər COVID-19 səbəbindən dünyasını dəyişib və pandemiya qurbanlarının sayı 128 min 728-ə yüksəlib.

İndiyədək İtaliyada 75 milyon 127 min 479 nəfərə vaksin vurulub, hər iki dozanı qəbul edənlərin sayı 36 milyon 263 min 552-yə çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm