İtaliya Əfqanıstandan tam çəkildi
Bizi izləyin

Avropa

İtaliya Əfqanıstandan tam çəkildi

İtaliya Əfqanıstandan təxliyə işlərini avqustun 28-də Kabildən Romaya təşkil edilən son aviareyslə tamamlayıb.

Publika.az xəbər verir ki, təyyarəni qarşılayan İtaliyanın xarici işlər naziri Luici Di Maio ümumilikdə 5000 əfqanın təxliyəsində iştirak edən hər kəsə təşəkkür edib.

İtaliya bir müddətdir ki, Kabil-Küveyt-Roma marşrutu ilə təxliyə əməliyyatlarını həyata keçirirdi. Avqustun 28-də İtaliya Hərbi Hava Qüvvələrinə məxsus “Boeing 767” təyyarəsi 58-i əfqan olmaqla 110 nəfəri Romanın Fiumicino Hava Limanına gətirib.

Luici Di Maio həm özünün, həm də Baş nazir Mario Draqinin İtaliyanın G20-yə sədrliyi çərçivəsində Əfqanıstanla bağlı məsələnin müzakirəsi üçün çalışdıqlarını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm