Moldovanın baş prokuroru saxlanıldı
Bizi izləyin

Avropa

Moldovanın baş prokuroru saxlanıldı

Moldovanın baş prokuroru Aleksandr Stoyanoqlo 72 saat müddətinə saxlanılıb.

Publika.az "İnterfaks"a istinadla xəbər verir ki, bu barədə ona qarşı qaldırılan cinayət işini aparan prokuror Viktor Furtune bildirib.

"Alexander Stoyanogloun iş otağında axtarış apardıq, sonra onu saxladıq. O, Cinayət Məcəlləsinin dörd maddəsi: vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, korrupsiya və yalan ifadə vermək ittihamlarını özündə birləşdirən cinayət işi ilə saxlanılıb. İstintaq davam edir", - Furtune deyib.

Furtune Stoyanoqlonun günahı sübuta yetiriləcəyi təqdirdə mümkün həbs müddətinin adını çəkməkdə çətinlik çəkib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm