Avropa
Rusiya separatçılara ən yeni reaktiv yaylım sistemləri ötürdü - ŞOK FAKTLAR ÜZƏ ÇIXDI/FOTO
Donbass separatçılarının sərəncamına Rusiyanın ən yeni reaktiv yaylım atəşi sistemlərinin verildiyi üzə çıxıb. “KAMAZ” avtomobillərinin bazasında yığılmış “Qrad-K” reaktiv yaylım atəşi sistemləri rəsmən ancaq Rusiya ordusunun silahlanmasında yer alır və dünyanın başqa heç bir ölkəsinə satılmayıb. Bu da onu təsdiq edir ki, həmin sistemlər separatçılara Rusiya tərəfindən verilib.

ATƏT-in monitorinq missiyasının məlumatına görə, Donbass ərazisində atəş mövqeyinə çıxarılmış 11 reaktiv yaylım atəşi sistemi qeydə alınıb, onların arasında iki “Qrad-K” yer alır.
Qeyd edək ki, bu fakt Rusiyanın Ukrayna sərhədləri boyu qoşun cəmləşdirməsi və Qərb ölkələrinin Kremlin yaxın həftələrdə, şaxtaların düşməsi ilə hücum əmri verəcəyi barədə bir-birinin ardınca daxil olan kəşfiyyat məlumatları fonunda qeydə alınıb. Hazırda Donbassda Ukrayna ordusu ilə separatçılar arasında tez-tez mövqe döyüşləri baş verir, tərəflər ağır artilleriyadan istifadə edirlər. (virtualaz.org)
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı


























.jpg)









