Avropa
Milan iğtişaşlarında “Rusiya əli”? - Səfirlikdən kəskin reaksiya və ruslara XƏBƏRDARLIQ
Rusiyanın İtaliyadakı səfirliyi, Milanda təşkil olunan son etirazlarla bağlı məlumat yayıb.
Publika.az xəbər verir ki, səfirlik "Telegram" kanalında yerləşdirdiyi bəyanatda aksiyalarda "Rusiya izi"nin olması barədə mediada yayılan xəbərlərə də reaksiya verib. Diplomatik missiya belə bir fonda Rusiya vətəndaşlarına iğtişaşların baş verdiyi ərazilərdən uzaq durmağı və yerli hakimiyyət orqanlarının əmrlərinə əməl etməyi tövsiyə edib.
Səfirlik qeyd edib ki, "Moskvanın əli" artıq istənilən narahatedici sual üçün universal italyan cavabına çevrilib.
"Bunu rus hakerlərinin, agentlərinin və ya İtaliyaya səfər etməyə davam edən Rusiya pasportu olan hər hansı bir şəxsin üzərinə atmaqdan daha asan nə ola bilər? Əlbəttə ki, zorakılıq və qırğınlar üçün heç bir əsas yoxdur", - şərhdə deyilir.
Səfirlik həmçinin İtaliya hakimiyyət orqanlarının iğtişaşlara mümkün xarici müdaxilə ilə bağlı ziddiyyətli açıqlamalarını da qeyd edib. Diplomatlar Rusiya vətəndaşlarının etirazlarda iştirakının sübut olunmadığını vurğulayıblar.
Müəllif: Tural
-
İdman21:26Gürcünü döyən Nurməhəmmədov və dostları həbs edildilər
-
Kriminal19:50Süni intellektlə hazırladığı görüntülərlə tələbələri şantaj etdi, saxlanıldı - Video
-
Elm və təhsil18:40Universitetlərə 5 illik xüsusi status veriləcək - Tələblər təsdiqləndi
-
ABŞ17:18Tramp Vensi İran danışıqlarından kənarlaşdırdı - Səlahiyyətləri dəyişdirildi
-
Sosial15:24Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
-
MDB14:36Moskvada jurnalistin avtomobili partladıldı - Yanukoviçin adamıdır
-
Sosial14:21Bakıda baş redaktor həbs edildi - FOTO
-
Region12:54İranın üçdə biri qazsız qalıb: Nazir müavini ağır günlərin olacağını bildirdi







































