Serbiyada daha bir nəfər Qərbi Nil virusundan öldü
Bizi izləyin

Avropa

Serbiyada daha bir nəfər Qərbi Nil virusundan öldü

Serbiyada daha bir nəfərin yoluxucu xəstəlik olan Qərbi Nil virusundan öldüyü bildirilib.

Publika.az xəbər verir ki, Xalq Sağlamlığı Agentliyinin məlumatına görə, hazırda ölkədə virusa yoluxan 11 nəfər var.

Serbiyada daha əvvəl isə iki nəfərin bu virusdan öldüyü bildirilib, əhaliyə ağcaqanad sancmasından qorunmaq üçün lazımi tədbirlər görmələri barədə xəbərdarlıq olunub.

Ağcaqanadların yoluxdurduğu xəstəliyə yoluxanların təxminən 80 faizində heç bir əlamət olmadığı halda, təxminən 20 faizində hərarət, halsızlıq, ürəkbulanma-qusma, baş ağrısı, əzələ ağrısı kimi simptomlar müşahidə edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm