Ukrayna üçün GİZLİ MÜBARİZƏ - Bu 2 Avropa ölkəsi...
Bizi izləyin

Avropa

Ukrayna üçün GİZLİ MÜBARİZƏ - Bu 2 Avropa ölkəsi...

Rusiya-Ukrayna münaqişəsi uzun müddət davam edə bilər və bunun fonunda əsas sual Aİ-nin Ukraynaya dəstəkdə nə qədər eyni mövqedə qalacağıdır. Artıq Avropada iki dövlət sanksiyaların miqyasının genişləndirilməsinin və silah tədarükünün artırılmasının tərəfdarı olan ölkələrə qarşı gizli müqavimət göstərməyə başlayıblar. Bunlar Almaniya və Fransadır.

Publika.az xəbər verir ki, bu barədə "European Politico"-nun köşə yazarı Müctəba Rəhman yazıb.

Müəllif qeyd edir ki, Makron və Şolts açıq şəkildə Aİ-də Ukrayna ilə bağlı ümumi qəbul edilmiş mövqe ilə həmrəydirlər. "Svobodnaya Pressa"-da yer alan xəbərə görə, onlar öz ölkələrində böhranın güclənməsinə baxmayaraq, dövləti dəstəkləməyə davam etmək zərurətindən danışırlar. Bununla belə, reallıqda həm Berlin, həm də Paris ərazilərin mümkün güzəşti ilə münaqişənin tezliklə diplomatik yolla həllini daha çox dəstəkləyir.

Digər cəhət ondan ibarətdir ki, Makron və Şolts Kiyev üçün ehtimal olunan qələbənin nə ilə nəticələnə biləcəyindən və bunun NATO-nun münaqişəyə birbaşa müdaxiləsi olmadan əldə edilə biləcəyindən qorxurlar. Siyasətçilər də Rusiyanın Ukraynada qeyri-ənənəvi silahlardan istifadə etməyə cəsarət edib-etməyəcəyini dəqiq bilmirlər.

"Lakin nə qədər ki, ABŞ-ın Ukraynada hərbi əməliyyatlara dəstəyi dəyişməz qalır, Aİ daxilində birlik maraqları baxımından Berlin və Paris çətin ki, Mərkəzi və Şərqi Avropadan blokun daha cəld üzv dövlətlərinin mövqeləri ilə açıq şəkildə ziddiyyət təşkil etsin" - materialda qeyd olunub.

"360" telekanalının xəbərinə görə, münaqişə üçün bu o deməkdir ki, onlar nə bu il, nə də yəqin ki, gələn il diplomatik həlli müdafiə etməyəcəklər. Daxili ziddiyyətlər yalnız Rusiyaya qarşı sonrakı sanksiyaların qəbulu sürətinə və onların ehtimal edilən təyinatına təsir edəcək.

Müctəba Rəhman belə qənaətə gəlib ki, hətta Avropa birliyi daxilində sınaqlara baxmayaraq, çətin ki, Aİ Ukraynanı dəstəkləmək öhdəliyindən dönə bilsin.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm