Berlinin ümidi KÖMÜRƏ QALDI: Şolts almanları tam əmin edə bilmədi
Bizi izləyin

Avropa

Berlinin ümidi KÖMÜRƏ QALDI: Şolts almanları tam əmin edə bilmədi

Almaniya kansleri Olaf Şolts ölkədə qışda işıqların kəsiləcəyinə inanmasa da, bunu istisna etməyib.

Publika.az xəbər verir ki, onun sözlərini ZDF sitat gətirib.

Şoltsın sözlərinə görə, Almaniya hakimiyyəti ölkədə işıqların kəsilməsinin qarşısını almaq üçün hər şeyi edib.

Bunun üçün sadalanan tədbirlərdən biri kimi o, kömürlə işləyən elektrik stansiyalarının enerjisi istehsal edə bilməsi üçün işləməyə hazır olmasını göstərib. Nəticədə qaza qənaət etmək etmək mümkün olacaq.

Kansler gələn qışda ölkədə elektrik enerjisinin kəsilməsi ehtimalını hələ də istisna etməyib.

O, ən qısa zamanda Almaniyada elektrik enerjisinin qiymətinə yuxarı limit təyin edəcəyinə söz verib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm