Fırtına İspaniyanı iflic etdi
Bizi izləyin

Avropa

Fırtına İspaniyanı iflic etdi

İspaniyanın Kanar adaları başda olmaqla Mursiya, Valensiya, Balear adaları və Kataloniya bölgələrində fırtına və güclü yağış həyatı iflic edib.

Publika.az-ın verdiyi xəbərə görə, Mursiyada güclü yağışlar nəticəsində evinin divarı uçan 62 yaşlı kişi həyatını itirib.

Şəxsin cansız cəsədi evindən 300 metr uzaqda tapılıb.

Sentyabrın 24-ü axşam saatlarından etibarən ölkədə təsirli olan qeyri-sabit hava şəraiti xüsusilə Kanar adalarında həyatı iflic edərkən, Qran Kanarya, Tenerife və Lanzarote adalarında 671 uçuş ləğv edilib.

Bəzi rayonlarda hər kvadratmetrə 300 litrə qədər yağıntının düşdüyünü bildirən səlahiyyətlilərin məlumatına görə, qasırğa və güclü yağış sabahdan etibarən ölkəni tərk etməyə başlayacaq.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm