Niderland şahzadəsi MAFİYANIN hədəfində: sarayda gizlədildi
Bizi izləyin

Avropa

Niderland şahzadəsi MAFİYANIN hədəfində: sarayda gizlədildi

Niderlandın Kralı Villem-Aleksandrın böyük qızı Katarina-Amalia mafiyadan gələn təhdidlərə görə Amsterdam Universitetinin yataqxanasından qayıtmaq məcburiyyətində qalıb və o sarayda gizlədilib.

Publika.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri yazıb.

18 yaşlı şahzadənin universitet şəhərciyindən Haaqadakı Heys-ten-Bos sarayına köçməsi kral ailəsinin nümayəndələri tərəfindən açıqlanıb. Oktyabrın 13-də İsveçə səfəri zamanı Niderlandın Kralı Villem-Aleksandr ölkəsində “çox çətin vəziyyətin” yarandığını bildirib.

Taxt-tacın varisinin cinayətkarlardan aldığı təhdidlərin mahiyyəti açıqlanmasa da, ölkə mətbuatı sentyabrın sonunda Katarina-Amaliyanın ciddi mühafizə olunduğunu yazıb.

Niderlandın Baş naziri Mark Rutte vəziyyətdən narahatlığını ifadə edib və onu "dəhşətli" adlandırıb.

Niderlandın 18 yaşlı şahzadəsi Katarina-Amaliyanın cinayətkar dəstələrin hədəfinə çevrilə biləcəyi faktı sentyabrda üzə çıxıb. Sonra bildirilib ki, qız Avropada bütün kokain dövriyyəsinin üçdə birinə nəzarət edən Mərakeş cinayət sindikatı olan "Mocro Maffia" gizli təşkilatının nümayəndələri tərəfindən qaçırıla bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm