Rusiya daha bir il müharibəyə davam edərsə, Avropa... - Vuçiç
Bizi izləyin

Avropa

Rusiya daha bir il müharibəyə davam edərsə, Avropa... - Vuçiç

“Ukraynada münaqişənin tezliklə başa çatması üçün heç bir perspektiv yoxdur, çünki tərəflər bir-birinin məğlub olmasını istəyir və güzəştə getmək imkanı yoxdur”.

Publika.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

“İlk dəfə ətrafımızda hərbi vəziyyətin olduğunu bildiyimiz zaman, bu müharibənin tez bitməyəcəyi sizə aydın olduğu bir vaxtda hökumətin tərkibini seçirik” deyən Vuçiç, bu münaqişənin “praktiki olaraq” bitməyəcəyini vurğulayıb.

Vuçiçin sözlərinə görə, Rusiya daha bir il “xüsusi əməliyyat” keçirməyə davam edərsə, Avropa Ukrayna böhranından sağ çıxa bilməyəcək. O əlavə edib ki, dünyada enerji böhranı yaranacaq və bir sıra ölkələr elektrik enerjisinin verilişində fasilələrlə üzləşəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm