Şagird saç düzümünə görə məktəbdən qovuldu
Bizi izləyin

Avropa

Şagird saç düzümünə görə məktəbdən qovuldu

12 yaşlı şagird saç düzümünə görə, təhsil aldığı məktəbdən qovulub.

Publika.az xəbər verir ki, hadisə İngiltərənin Hull şəhərində baş verib.

Məlumata görə, Alfi Rans adlı şagird əfsanəvi futbolçu, "fenomen" ləqəbli Ronaldonun saç düzümü ilə məktəbə gəlib.

Bunu görən "Sirius Vest" Akademiyasının rəhbərliyi şagirdi təhsil ocağından uzaqlaşdırıb.

Belə ki, o, saçları qırxıb, qısa bir "bang" buraxıb.
12 yaşlı şagirdin anası isə akademiyanın qərarı ilə razılaşmayıb:

"Oğlum Ronaldonun fanatıdır. Bu saç düzümü onun xoşuna gəlir. Hətta saçını kəsdirib evə gələndə çox xoşbəxt idi. Biz də gənclik illərimizdə ulduzların geyim və saç tərzlərindən dəli olurduq, özümüzə örnək götürürdük. Məktəbin qərarı ilə razılaşa bilmirəm. Uşaq nahar etməmiş evə göndəriblər".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm