Avropada qazın qiyməti bahalaşdı
Bizi izləyin

Avropa

Avropada qazın qiyməti bahalaşdı

Hollandiyanın TTF mərkəzinə dekabr və yanvar tədarükləri üzrə qaz fyuçerslərinin qiymətləri noyabrda 18% artaraq min kubmetr üçün 1558 dollara çatıb.

Publika.az xəbər verir ki, bunu ICE London Fond Birjasının məlumatları sübut edir.

Avropada qazın qiymətinin artımı yalnız noyabrın ikinci yarısından başlayıb. Payızın son ayı üçün orta qiymətlər oktyabr ayı ilə müqayisədə aşağı olub - min kubmetr üçün 1379 dollara qarşı 1259 dollar. Bu, “Şimal axını” qaz sızması hadisəsindən sonra oktyabrın birinci yarısında yanacağın qiymətinin artması və Avropanın yeraltı anbarlarının daha aktiv şəkildə doldurulması ilə bağlı olub.

Eyni zamanda, noyabr ayında qazın qiymətinin artmasının əsas səbəblərindən biri qış istilik mövsümünün başlanması ərəfəsində rayonda orta temperaturun aşağı düşməsi olub. Bundan başqa, payızın son ayında rayonda küləyin elektrik enerjisi istehsalında xüsusi çəkisi azalıb.

Qeyd edək ki, noyabrın 30-da Avropada qazın birja qiymətləri oktyabrın 13-dən sonra ilk dəfə olaraq artım tempini 9%-ə çatdırıb. Londonun ICE ticarət platformasına görə, regionda min kubmetr yanacağın qiyməti hazırda 1600 dolları keçib. Ticarət başlayandan qaz 135 dollar bahalaşıb.

Ayşən Rəhim

Oxumağa davam et
Reklam
Reklam

Gündəm