Avropa
İngiltərədə minlərlə tibb bacısı yenidən tətil edəcək
Fevral ayında İngiltərədə tibb bacıları maaşların artırılması üçün kütləvi tətillər keçirəcək.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kral Tibb Bacısı Kollecinin saytında məlumat yayılıb.
Nümayişlərin fevralın 6-sı və 7-nə planlaşdırıldığı, onların hər birinin müddətinin 12 saat olacağı bildirilib. İlkin olaraq aksiyaya Milli Səhiyyə Xidmətinin 73 assosiasiyasının nümayəndələri qoşulacaq. Dekabrda keçirilən sonuncu aksiyada isə cəmi 55 birlik iştirak edib.
Qeyd olunub ki, bu ayın sonuna qədər maaşlarla bağlı vəziyyət dəyişməsə, planlaşdırılan tətillər keçiriləcək.
Xatırladaq ki, keçən ilin noyabrında britaniyalı tibb bacıları son 100 ildə ilk dəfə maaşlarını artırmaq üçün tətil edəcəklərini açıqlayıb. Aksiya keçirmək qərarı hökumətin danışıqlar təklifini rədd etməsindən sonra qəbul edilib.
Aytən Məftun
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
































