Zelenski Ujqorodda Madyarla görüşdü
Bizi izləyin

Avropa

Zelenski Ujqorodda Madyarla görüşdü

Zelenski Ujqorodda Madyarla görüşdü

Ukrayna Prezidenti Volodimir Zelenski və Macarıstan Baş naziri Peter Madyar Ujqorod şəhərində görüşüblər.

Publika.az xəbər verir ki, bu barədə Zelenski “Teleqram” sosial media hesabında məlumat yayıb.

İlk öncə hər iki lider Ukrayna azadlığı uğrunda həlak olanların xatirəsini yad ediblər.

“Macarıstanın Baş naziri kimi onun Ukraynaya ilk səfərinə Ujqorodda həlak olan əsgərlərimizin xatirəsinə ucaldılmış abidəyə ziyarət ilə başladıq. Ukraynanın müstəqilliyi uğrunda canlarından keçən xalqımıza olan bu hörməti yüksək qiymətləndiririk. Azad bir ölkədə yaşaya bilsək də, qonşularımızın və bütün Avropanın təhlükəsizliyi Ukraynanın hər gün ödədiyi böyük bir qiymətə başa gəlir. Bu mübarizədə canından keçən hər bir insanın xatirəsini qorumaq bizim borcumuzdur”, - deyə Zelenski bildirib.

Sonra ikitərəfli görüş keçirilib. Zelenski deyib ki, bu səfər mütləq müsbət nəticələr verəcək: “Siyasət, enerji və infrastruktur sahələrində artıq razılaşmalar əldə edilib”.

Xatırladaq ki, Macarıstan noyabrın 17-də Rusiyanın Zakarpatiyaya hücumundan sonra Ukrayna ilə həmrəylik ifadə edib.

Bu, Macarıstanın hökumət başçısının 2015-ci ildən bəri Ukraynaya ilk səfəridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm