Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir - Almaniya XİN
Bizi izləyin

Avropa

Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir - Almaniya XİN

Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə hücum nəticəsində həlak olan şəxsin ailəsinə dərin hüznlə başsağlığı verirəm.

Publika.az xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkızi Asiya Departamentinin direktoru Mattias Lüttenberq tvitter hesabında qeyd edib.

“Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir! Bu cinayətin baş vermə şəraiti mümkün qədər tez bir zamanda araşdırılmalıdır”, -deyə bildirilib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm