Rusiya səfirliyi: "Consonun Putin haqqında dediyi sözlər eskalasiyaya gətirib çıxarır"
Bizi izləyin

Avropa

Rusiya səfirliyi: "Consonun Putin haqqında dediyi sözlər eskalasiyaya gətirib çıxarır"

"Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun Rusiya prezidenti Vladimir Putinlə söhbəti ilə bağlı açıqlamaları Avropa qitəsində qarşıdurmanın və gərginliyin dərinləşməsinə gətirib çıxarır".

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Londondakı səfirliyi məlumat yayıb.

Xatırladaq ki, Conson bir müddət öncə Putinlə Ukraynada müharibə başlamazdan əvvəl baş tutan dialoqdan danışıb. Britaniyalı siyasətçinin sözlərinə görə, Rusiya Federasiyasının prezidenti ona hərbi əməliyyatların başlanacağı təqdirdə sanksiyaların tətbiqi ilə bağlı xəbərdarlıq edib.

Diplomatik şöbə əlavə edib ki, bu cür bəyanatlar kəskin hərbi-siyasi gərginliyin daha da artmasına səbəb ola bilər.

"Digər şeylərlə yanaşı, Consonun dedikləri Birləşmiş Krallığın hər gün getdikcə daha çox cəlb olunduğu qarşıdurmanın dərinləşməsinə gətirib çıxarır.", - səfirlik bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm