Yeni xəndəklər QAZILIR: Moldova ilə sərhəddə nə baş verir?
Bizi izləyin

Avropa

Yeni xəndəklər QAZILIR: Moldova ilə sərhəddə nə baş verir?

Ukrayna sərhədçiləri Moldova ilə sərhəddə xəndəklər qazmağa başlayıbla

Publika.az xəbər verir ki, bu barədə Moldova Sərhəd Polisinin mətbuat katibi Raisa Novitski bildirib.

Onun sözlərinə görə, "Ukrayna Dövlət Sərhəd Xidmətindən olan həmkarları məlumat veriblər: iş insanların dövlət sərhədini qanunsuz keçməsinin qarşısını almaq üçün aparılır".

Eni təxminən iki metr olan xəndəklər Ukraynadan Moldovaya qaçaqmalçılıqla mübarizəyə kömək edəcək.

Qazılmış xəndəkləri indi Ukrayna ərazisində nəzarət-buraxılış məntəqələrinin yaxınlığında, eləcə də ölkələr arasında sərhədə yaxın yolların keçdiyi yerlərdə görmək olar. Müvafiq fotolar Moldovanın "Telegram" kanallarında dərc olunub.

Kişinyovun hesab edir ki, 2022-ci ildə Ukrayna tərəfdən altı mindən çox sərhədi qanunsuz keçmə cəhdi qeydə alınıb ki, bu da vurğulandığı kimi, bir neçə onilliklər ərzində rekord göstəricidir. Bundan başqa, Ukraynadan silah ixracı cəhdlərinin də artması qeydə alınır.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm