Putinin nüvə silahı ilə bağlı bu qərarı... - Almaniya
Bizi izləyin

Avropa

Putinin nüvə silahı ilə bağlı bu qərarı... - Almaniya

“Rusiya Prezidenti Vladimir Putinin Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi ilə bağlı bəyanatı nüvə ritorikasının daha da gücləndirməsinin təzahürüdür”.

Publika.az xəbər verir ki, bu fikirlər Almaniya Xarici İşlər Nazirliyinin V.Putinin Belarusda taktiki nüvə silahları yerləşdirilməsi barədə qərarına dair şərhində əksini tapıb.

Bildirilib ki, Rusiyanın bu addımına heç bir halda haqq qazandırmaq olmaz.

Xatırladaq ki, V.Putin “Rossiya-24” telekanalına müsahibəsində Belarusda taktiki nüvə silahının yerləşdiriləcəyini açıqlayıb.

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Rusiya Prezidentinin bu qərarını blef hesab edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm