İki qəza törətdi, polisdən qaçmaq üçün görün harada gizləndi
Bizi izləyin

Avropa

İki qəza törətdi, polisdən qaçmaq üçün görün harada gizləndi

Avstraliyada iki qəza törədən və polisdən qaçan şübhəli gizlənmək üçün 36 saat girdiyi kanalizasiyada qalıb.

Publika.az xəbər verir ki, 36 saat kanalizasiyada qalan şəxs ətrafdakılara səsini çatdıra bilərək xilas edilib. Yardım çağırışını eşidənlər polisə və yanğınsöndürənlərə xəbər veriblər. Yanğınsöndürənlər tərəfindən xilas edilən şəxs bədənində sıyrıqlar olduğu üçün xəstəxanaya aparılıb.

Təcili yardım xidmət sözçüsü bildirib ki, kişi telefonunu götürmək istəyərkən kanalizasiyaya düşüb və ilişib orada qalıb. Polisin məlumatına görə isə hadisə tamam başqa cür olub.

Polis eyni gündə iki dəfə qəza edən şəxsi axtardığını bildirib. Məlum olub ki, bu həmin adamdır. Gün yarımdan çox kanalizasiyada qalan şəxs məhz polisdən gizlənirmiş.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm