İran səfiri Niderland XİN-ə çağırıldı
Bizi izləyin

Avropa

İran səfiri Niderland XİN-ə çağırıldı

Niderlandın xarici işlər naziri vəzifəsini icra edən Hanke Bruinse Slot İranın İsrailə hücumundan sonra İranın Haaqadakı səfirini nazirliyə çağırıb.

Publika.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində məlumat verib .

“Mən İranın dünən gecə İsrailə təhlükəli hücumunu pislədiyimizi bildirmək üçün İranın Haaqadakı səfirini çağırmaq qərarına gəldim”, - o deyib.

Xatırladaq ki, aprelin 13-ü axşam saatlarında İran Silahlı Qüvvələri İsrail ərazisinə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 yer-yer raketi atıb. Tehran bunu aprelin 1-də ölkənin Dəməşqdəki konsulluğuna edilən hücuma cavab adlandırıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm