Bu ölkə Rusiyanı hədələdi: Şəhərlərinizi bombalayarıq
Bizi izləyin

Avropa

Bu ölkə Rusiyanı hədələdi: Şəhərlərinizi bombalayarıq

Rusiya Federasiyası hücum etsə, Estoniya Rusiya şəhərlərini vuracaq.

Publika.az “Delfi”yə istinadən xəbər verir ki, bu açıqlama ilə respublikanın Müdafiə Qüvvələrinin komandanı Martin Herem çıxış edib.

Onun fikrincə, Rusiya müharibəyə hazırlaşır.

"Mənim buna zərrə qədər də şübhəm yoxdur", - hərbi məmur deyib. O qeyd edib ki, Rusiya Estoniyaya hücum edərsə, o zaman dövlət qüvvələri İvanqorod, Peçoriya və digər yerlərdə infrastrukturu məhv edəcək.

Bir gün əvvəl Rusiya Xarici İşlər Nazirliyi Estoniyanın Rusiya Federasiyasındakı müvəqqəti işlər vəkili Jana Vanamelderi çağırıb. Xüsusilə, Rusiya diplomatını persona non-qrata elan etdikdən sonra cavab tədbiri olaraq Estoniya səfirliyinin əməkdaşlarından birinin ölkədən çıxarılması barədə ona məlumat verilib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm