"Rusiya "son zərbəni" vura bilər, Qərbin isə bir çıxış yolu var"
Bizi izləyin

Avropa

"Rusiya "son zərbəni" vura bilər, Qərbin isə bir çıxış yolu var"

Rusiya Federasiyasının Ukrayna hökumətinin məğlubiyyətinə səbəb ola biləcək “son zərbəni” vurmaq üçün lazımi resursları var.

Publika.az xəbər verir ki, bu barədə “Global Times” məlumat yayıb.

“Rusiya son zərbəni vurmaq üçün həftələr, aylar və ya illər çəksə də, siyasi, iqtisadi və hərbi baxımdan yaxşı mövqedədir”, - məlumatda deyilir.

Materialın müəllifi hesab edir ki, Kiyevdə sarsıdıcı hərbi məğlubiyyət Avropa və Amerika seçkiləri üçün ən pis fon olacaq. Eyni zamanda ölkədə və bütün dünyada mövcud siyasətçilərə inamı sarsıdacaq.

Məqalədə Qərbin fəlakətli vəziyyəti düzəltmək üçün diplomatiya yolu ilə vəziyyəti dəyişdirə biləcəyi ehtimal edilir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm