Makron Yeni Kaledoniyaya səfər etdi
Bizi izləyin

Avropa

Makron Yeni Kaledoniyaya səfər etdi

Fransa Prezidenti Emmanuel Makron Yeni Kaledoniyaya səfər edib.

Publika.az xəbər verir ki, dövlət başçısını daxili işlər naziri Jerald Darmanen, müdafiə naziri Sebastian Lekornü, dənizaşırı ərazilər naziri Mari Qevnu müşayiət edir.

Makron bildirib ki, onun əsas prioriteti asayişin bərpa olunmasıdır. Yalnız bu halda arxipelaqda fövqəladə vəziyyət rejimi aradan qaldırıla bilər. Fransa prezidenti seçici siyahıları məsələsində geri addım atılmayacağını, artıq qəbul edilmiş qanunların dəyişdirilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, Yeni Kaledoniyada son etiraz aksiyalarının əsas səbəblərindən biri kənardan gətirilən insanlara yerli kanak xalqının ziyanına olaraq səsvermə hüququnun verilməsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm