Rusiyanın aktivləri əlindən çıxırdı: Bu ölkə qarşısını aldı
Bizi izləyin

Avropa

Rusiyanın aktivləri əlindən çıxırdı: Bu ölkə qarşısını aldı

Macarıstan Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını ödəmək üçün Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərin çıxarılmasına mane olur.

Publika.az xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.

Avropa İttifaqı ölkələri uzun sürən danışıqlardan sonra Ukraynaya demək olar ki, iki milyard avro köçürməyə razılıq verdilər. Lakin AB səfirlərinin görüşündə Macarıstan nümayəndəsi bu təşəbbüsə qarşı çıxdı və bununla da Kiyevə vəsaitlərin köçürülməsini ləngitdi.

“Onlar hazırda Ukraynaya hərbi dəstəklə bağlı hər şeyi əngəlləyirlər”, - deyə danışıqlardan xəbəri olan mənbə anonimlik şərti ilə nəşrə bildirib.

Başqa bir mənbənin nəşrə verdiyi məlumata görə, dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərin istifadəsi ilə bağlı razılığa gəlmək üçün Avropa rəsmiləri Macarıstana Brüssel vəsaitlərindəki paylarının Ukraynaya silah almaq üçün istifadə olunmayacağı bir razılaşma təklif ediblər. Bu, Budapeşti təşəbbüsə veto qoymamağa inandırıb, lakin indi bu vəsaitlərin Kiyevə köçürülməsinə mane olur.

Qeyd edək ki, ötən gün Macarıstanın baş naziri Viktor Orban bildirib ki , NATO-nun Brüsseldəki mənzil-qərargahında işçi qrupları Ukraynadakı münaqişədə iştirak etmək üçün yollar tapmağa çalışırlar. Onun sözlərinə görə, hazırda Şimali Atlantika Alyansının Brüsseldəki mərkəzində bu məsələ ilə bağlı bir neçə komissiya işləyir.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm