Sosial
Bu şəxslərə verilən təqaüdün məbləği azaldılır
![](https://publika.az/storage/2024/06/07/maas.png?v1719618562)
Peşə hazırlığına cəlb olunan şəxslərə verilən təqaüdün məbləği 2 dəfə azaldılır.
Publika.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məşğulluq haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə peşə hazırlığına cəlb olunmuş şəxslərə həmin dövrdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi minimum aylıq əməkhaqqının 50 faizi məbləğində təqaüd veriləcək.
Hazırda peşə hazırlığına cəlb olunmuş şəxslərə həmin dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd verilir.
Qeyd edilib ki, ölkə üzrə minimum aylıq əməkhaqqının hər il artırılması qeyd olunan təqaüd məbləğinin də artmasına gətirib çıxarır. Bu isə sui-istifadə halları yaradaraq, işlə təmin edilmə imkanları olan şəxslərin ehtiyac olmadığı halda peşə hazırlığına üstünlük vermələri ilə nəticələnməklə, peşə hazırlığına həqiqətən ehtiyacı olan şəxslərin bu imkandan istifadə etmələrinə əngəl yaradır.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
Magazin102:00
Azərbaycanlı müğənnidən ETİRAF: O vəziyyətdən çıxmaq üçün çox psixoloq yanına getdim
-
Hadisə01:00
Hacıqabulda selə görə 81 nəfər təxliyə olundu
-
Nəqliyyat00:45
Taksilərlə bağlı YENİ XƏBƏR: Bu tarixdən etibarən ciddi problemlər olacaq
-
Qoroskop00:28
Günün qoroskopu: Yaşananlara münasibətinizi dəyişəcək hadisələr olacaq
-
İdman28 İyun 23:42
Qadın idmançı faciəvi şəkildə öldü - FOTO
-
Hadisə28 İyun 22:40
İsmayıllı sakinləri yaşadıqları dəhşətdən danışdılar - VİDEO
-
Magazin128 İyun 21:44
Həmcinsi ilə öpüşən türkiyəli aktyor tənqid olundu - VİDEO
-
Region28 İyun 21:10
Gürcüstanın Aİ-yə üzvlük prosesi de-fakto dayandırıldı