Avropa
Makrondan müəmmalı açıqlama: Rusiyanın müdafiəsinə qalxdı
Fransa prezidenti Emmanuel Makron Rusiyanın aktivlərinin müsadirə edilməsinin beynəlxalq hüququn pozulması olacağını bildirib.
Publika.az xəbər verir ki, Makron vurğulayıb ki, belə bir addım “tam xaosun başlanğıcına” gətirib çıxara bilər və buna görə də Avropa ölkələri “dondurulmuş bu aktivlərlə mümkün olmayan hər şeyi etməyəcək”.
“Biz hamımız beynəlxalq qaydalara əməl etməyə çox sadiqik. Hətta bu vəziyyətdə belə bu aktivlər mərkəzi bankdan müsadirə edilə bilməz. Hesab edirəm ki, bu, etimad məsələsidir və ölkələrimizin beynəlxalq hüquqa hörmət etməsi çox vacibdir”, - Makron deyib.
Xatırladaq ki, Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərindən istifadənin iki yolunu müzakirə edir: “Financial Times”a görə, aktivlərin Kiyev üçün 170 milyard avro reparasiya kreditlərinin təmin edilməsi üçün istifadə edilməsi planlaşdırılır.
Belçikanın Euroclear mərkəzi depozitarında saxlanılan vəsaitlərdən istifadə etmək üçün Brüssel Aİ-nin faizsiz istiqrazlarını ala bilər.
İkinci üsul maliyyələşdirmə mexanizmlərini idarə etmək üçün xüsusi hazırlanmış alətdən istifadəni nəzərdə tutur. Bu, Aİ üzvü olmayan ölkələrə Ukraynanın bərpası proqramında iştirak etməyə imkan verəcək.
Tural
.
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya14 Avqust 20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq























.jpg)














