Ekopublika.az
Emin Ağalarov 5 il ərzində “Sea Breeze”də görüləcək işlərdən DANIŞDI
Suyun təkrar istifadəsi, tullantıların çeşidlənməsi və utilizasiyası ilə bağlı məsələlərin həlli üzərində işləyirik. Ən əsası isə indiyədək bu ərazidə 10 milyondan çox ağac əkmişik. Hər il 5 milyon ağac əkilməsi nəzərdə tutulur. Beləliklə, 5 il ərzində 30 milyon yeni ağac və bitki ilə “SeaBreeze” yeni yaşıl şəhərə çevriləcək.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Sea Breeze”in sahibi və təsisçisi, “Agalarov Development”in prezidenti Emin Ağalarov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) qeyd edib.
“Dayanıqlılıq isə bizim üçün ən mühüm istiqamətlərdən biridir. Bütün damların günəş panelləri ilə təchiz olunması, Xəzər dənizinin dünyada Şimal dənizindən sonra ikinci ən küləkli akvatoriya olması faktından istifadə edilərək sahildən kənarda külək turbinlərinin qurulması planlaşdırılır. İldə təxminən 285 küləkli günümüz var və bu, bizim üçün təmiz, pulsuz enerji deməkdir.
Vacib komponentlərindən biri isə otellərdir. Biz artıq dünyanın ən məşhur brendlərindən 5-6-sı ilə müqavilə imzalamışıq. İlin sonuna qədər daha 5-6 brendlə müqavilə bağlamağı planlaşdırırıq. Beləliklə, 2-3 il ərzində 10 tam funksional hotel fəaliyyətə başlayacaq”, - o bildirib.
Emin Ağalarov əlavə edib ki, hotellərin bəziləri sırf turizm və istirahət məqsədli, bəziləri konfrans yönümlü, bəziləri isə oyun və kazino sənayesi üçün nəzərdə tutulacaq:
“Məqsədimiz gələcək qonaqların hər bir seqmentinə xidmət göstərməkdir. Eyni zamanda həmin otellərdə dünyanın ən nüfuzlu restoran və iaşə brendlərinin fəaliyyətini təmin etmək istəyirik.
Eyni yanaşmanı moda və zərgərlik sənayesinə də tətbiq edirik. Lüks və ya orta seqment moda və zinət əşyaları brendlərini “Sea Breeze” ərazisinə cəlb etmək, həm qapalı, həm də açıq məkanda unikal alış-veriş təcrübəsi yaratmaq istəyirik”.
-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB27 Sentyabr 17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq27 Sentyabr 17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi











.jpg)




.jpg)



.jpg)













.jpg)

