Makronun önündə QIRMIZI XƏTLƏR: Baş nazir prezidentə qadağa qoya bilər
Bizi izləyin

Avropa

Makronun önündə QIRMIZI XƏTLƏR: Baş nazir prezidentə qadağa qoya bilər

"Fransa hökumətinin başçısı ölkə prezidentinin xarici siyasətin bəzi aspektlərində iştirakını məhdudlaşdıra bilər".

Publika.az xəbər verir ki, bunu Milli Rallinin sözçüsü Sebastyan Çenu BFM TV-yə bildirib.

“Baş nazir prezidentə qırmızı xətlər və ya məhdudiyyətlər tətbiq edə bilər. Konstitusiyanın 15-ci maddəsinə əsasən, Nazirlər Kabinetinin rəhbəri büdcəyə veto hüququna malikdir. O, vəsaitlərin təyin edilməsinə və hökumətin müvafiq qərarlarının imzalanmasına cavabdehdir", -o əlavə edib.

Bundan əvvəl Fransanın Milli Mitinq partiyasının rəhbəri Jordan Bardella bildirib ki, seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynaya heç bir fransız əsgəri göndərilməyəcək. Bundan əlavə, o, Ukraynaya uzaqmənzilli mərmilərin verilməsinin əleyhinədir.

Qeyd edək ki, Fransada növbədənkənar parlament seçkilərinin birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də keçiriləcək.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm