NATO-da Ukrayna ilə bağlı PLAN HAZIRLANIR
Bizi izləyin

Avropa

NATO-da Ukrayna ilə bağlı PLAN HAZIRLANIR

NATO ölkələri Vaşinqtonda keçiriləcək sammitdə müzakirə olunacaq Ukraynaya yardımın koordinasiyasına yönəlmiş yeni təşəbbüs üzərində işləyirlər

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Alyansdakı daimi nümayəndəsi Culian Smit bildirib.

“Biz NATO-da yeni təşəbbüs üzərində işləyirik ki, bu, alyansa Ukraynaya gələcək yardımı koordinasiya etməyə, eləcə də bir çox ölkənin son aylar ərzində fərdi şəkildə həyata keçirdiyi təlim prosesini koordinasiya etməyə imkan verəcək” - o qeyd edib.

Lakin o, konkret olaraq yeni struktur yaratmaqdan danışıldığını təsdiqləməyib. Diplomat qeyd edib ki, bu təşəbbüs NATO-nun Vaşinqtonda iyulun əvvəlində keçirilməsi planlaşdırılan sammitində baxılmaq üçün təqdim olunacaq.

İyunun 26-da NYT qəzeti yazıb ki, Ukrayna NATO sammitində alyansa dəvət edilməyəcək, lakin onlar Almaniyada ona hər cür yardımın koordinasiyası üçün alyans missiyasının yaradılmasını elan edə bilərlər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm