Fransada seçkilərin ilkin nəticələri açıqlandı: İğtişaşlar başladı
Bizi izləyin

Avropa

Fransada seçkilərin ilkin nəticələri açıqlandı: İğtişaşlar başladı

Fransada keçirilən növbədənkənar parlament seçkilərinin birinci turunun ilkin nəticələrinin açıqlanmasından sonra ölkədə iğtişaşlar başlayıb.

Publika.az xəbər verir ki, Parisin Respublika meydanında kütləvi etiraz aksiyaları keçirilib. “Milli Birlik” partiyasının rəhbərliyindən narazı olan etirazçılar faşizm əleyhinə şüarlar səsləndiriblər. Lionda nümayişçilər pəncərələri sındırıb, polis gözyaşardıcı qazla cavab verib.

İlk exit-poll nəticələrinə görə, Fransa prezidenti Emmanuel Makronun koalisiyası 21,5% səs toplayıb, Marin Le Penin “Milli Birlik” partiyasından (34,2%) və solçu Yeni Xalq Cəbhəsi koalisiyasından (29,1%) sonra üçüncü olub.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm