“Atletiko” onu “Fənərbağça”ya satdı
Bizi izləyin

İdman

“Atletiko” onu “Fənərbağça”ya satdı

“Atletiko Madrid”in müdafiəçisi Çağlar Söyüncü tam hüquqla “Fənərbağça”ya keçməyə yaxındır.

Publika.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Mənbənin sözlərinə görə, “matrasçılar”ın Türkiyə klubu ilə artıq prinsipial anlaşması var. Söyüncünün “Fənərbağça”ya 8 milyon avroya başa gələcəyi gözlənilir.

Söyüncü ötən mövsüm Türkiyə komandasında icarə əsasında çıxış edib. Ötən mövsüm müdafiəçi bütün turnirlərdə 25 oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 10 milyon avrodur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm