Sanki bibisi azlıq edirdi, o da PARTİYA YARADIR
Bizi izləyin

Avropa

Sanki bibisi azlıq edirdi, o da PARTİYA YARADIR

Fransa parlamentinin “Milli Birlik” fraksiyasının lideri Marin Le Penin qardaşı qızı Marion Mareşal və bir sıra digər keçmiş Milli Ralli üzvləri prezidentliyə namizəd Erik Zemmurun partiyasından xaric edildikdən sonra öz partiyasını yaradacaq.

Publika.az xəbər verir ki, bu barədə "Tribune" məlumat yayıb.

Nəşr qeyd edib ki, partiya Mareşalın Avropa Parlamentinə seçkilərə getdiyi seçki siyahısı ilə eynilə “Qürurlu Fransa” adlanacaq.

O, artıq Zemmurun partiyasından qovulmuş digər üç Avropa deputatı ilə birlikdə AP-dəki bir sıra mühafizəkarların dəstəyini qazanıb.

Qeyd edək ki, Le Pen “Qarabağ münaqişəsinin ən yaxşı həlli onun Ermənistana birləşdirilməsidir” kimi ermənipərəst mövqeli çıxışı ilə yadda qalıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm