Kadırov əmisi oğluna yüksək vəzifə verdi
Bizi izləyin

MDB

Kadırov əmisi oğluna yüksək vəzifə verdi

Rusiyanın Çeçenistan Muxtar Respublikasının rəhbəri Ramzan Kadırov əmisi oğlu Həmzət Kadırovu Çeçenistan Şurasının katibi təyin edib. Bundan əvvəl o, Kadırovun müşaviri və köməkçisi vəzifəsini icra edirdi.

Publika.az xəbər verir ki, bu barədə Ramzan Kadırov “Telegram” kanalında məlumat verib.

O, həmçinin Çeçenistanda bir sıra yeni təyinatlar edib və bu barədə ​​ictimaiyyəti bilgiləndirib.

Çeçenistan rəhbəri ümid edir ki, yeni məmurlar və əmisi oğlu rəhbər postlarda işləmək üçün zəngin təcrübə, biliyə malik olduqları üçün onlara tapşırılan vəzifələri layiqincə yerinə yetirə biləcəklər.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm