Avropa
3 ölkə birləşdi: Türkiyə ilə sərhəddə dəhliz yaradılır, bundan sonra...
Yunanıstan, Bolqarıstan və Rumıniya NATO-nun şərq cinahında hərbi dəhliz yaradır.
Publika.az xəbər verir ki, bu dəhlizin Yunanıstanın Saloniki və Aleksandrupolis şəhərlərinin strateji əhəmiyyətini artıracağı gözlənilir.
Yunanıstanın müdafiə nazirləri Nikos Dendias, Bolqarıstan Atanas Zapryanov və Rumıniya Anxel Tylvar NATO-nun Vaşinqtonda keçirilən sammitində NATO-nun şərq cinahında hərbi dəhliz yaradılmasına dair məktub imzalayıblar.
“Bu gün NATO-nun Vaşinqtonda keçirilən sammiti çərçivəsində biz razılaşdırılmış hərbi mobillik dəhlizinin yaradılmasına dair niyyət məktubu imzaladıq ”, - deyə Dendias sosial media hesabında yazıb.
O, dəqiqləşdirib ki, payızda Aleksandrupolisdə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı üçtərəfli görüş keçiriləcək.
Yeni hərbi dəhlizin Yunanıstanın Saloniki və Aleksandrupolis şəhərlərinin strateji əhəmiyyətini artıracağı gözlənilir. Müqavilə həm də NATO-nun Rumıniyada ən böyük bazasının yaradılmasını asanlaşdırır və alyansın regionda artan hərbi mövcudluğunu nümayiş etdirir.
Əvvəllər məlum olub ki, NATO Qara dəniz və Qərbi Balkanlarda genişlənməsini davam etdirəcək. Bundan əlavə, Alyans Hind-Sakit okean regionu ölkələri ilə əməkdaşlığı dərinləşdirməyi planlaşdırır.
Akqabay
-
Region12:38Türkiyə ilə Ermənistan nümayəndələri görüşdü: Mühüm razılaşma əldə edilib
-
İdman11:00“Sportinq”in gürcüsünün ilham pərisi - FOTOLAR
-
Sosial08:37Türkiyəyə də quru yolla gedə biləcəyik: ucuz qiymətə! - Açıqlama
-
Cənubi Qafqaz08:12"Kəndlər boşaldılır, 300 min azərbaycanlı gəlir..." - Karapetyandan sensasion açıqlama
-
Sosial06:46Gənclər buna görə evlənmək istəmir...
-
Magazin206:16Leonardo ofisiantı ağlatdı: 50 min avro ilə...
-
Cənubi Qafqaz05:45Ona qarşı cinayət işi açılacaq - Paşinyan elan etdi
-
ABŞ04:30ABŞ ordusu o əraziyə daxil oldu - İndi nə baş verəcək?







































