Cənubi Qafqaz
İrəvan məğlub olsa, Zəngəzurda... – Trampa “təcili plan” təqdim olundu
“Son vaxtlara qədər Moskvanın təsir dairəsində olan Cənubi Qafqazda Vaşinqtonun mövqeləri güclənir. 8 avqust 2025-ci ildə Azərbaycan və Ermənistanın ABŞ-da baş tutan sülh sammiti Rusiyanın onsuz da zəifləyən mövqeyinə qəti zərbə vurdu və Amerikanın təsirinin təməlini qoydu. Bunu saxlamaq Vaşinqtonun vəzifəsidir. Ermənistandakı vəziyyət Prezident Donald Trampın ikinci administrasiyasının mühüm, lakin qiymətləndirilməyən nailiyyətinin ilk stress testidir”.
Publika.az xəbər verir ki, bu barədə “The National Interest” nəşri yazıb.
Nəşr TRİPP layihəsinin (Zəngəzur dəhlizi) Cənubi Qafqazda ABŞ mövqelərini əhəmiyyətli dərəcədə gücləndirəcəyini qeyd edib: “Bütün tərəflərə fayda verəcək bu marşrut Avropanı Mərkəzi Asiya ilə birləşdirən Orta dəhliz, eyni zamanda, Rusiya, Çin və İrandan yan keçən yeganə əsas ticarət arteriyasıdır. Mərkəzi Asiya dünyanın ən böyük istifadə olunmamış nadir metal ehtiyatlarından birinə sahibdir. Hazırda ABŞ nadir metalların tədürükünün təxminən 70 faizini Çindən alır. Pekin də bu asılılıqdan ticarət mübarizəsində vasitə kimi istifadə edir. Əgər İrəvan məğlub olarsa (seçkilərdə Paşinyanın məğlubiyyəti-red), TRİPP ləğv ediləcək. ABŞ-ın Ermənistandakı təsir uğrunda Rusiya ilə mübarizədə əhəmiyyətli üstünlüyü var: erməni xalqı. Ermənilər Azərbaycanın Qarabağ üzərində nəzarəti bərpa etməsi məsələsində Rusiyanın kənarda qalmasını bağışlamayıblar”.
Məqalədə vurğulanır ki, ABŞ TRİPP ətrafında mərkəzləşmiş strateji tranzit tərəfdaşlığı qura, həmçinin Ermənistanın yeni yaranan süni intellekt və texnologiya sektorunu dəstəkəyə bilər.
“Hər bir perspektivli investisiya və ya tərəfdaşlıq ikili məqsədə xidmət edəcək: ermənilərə iqtisadi fayda gətirməklə yanaşı, Moskvanın geosiyasi təcridi güclənəcək. Sülh müqaviləsi nailiyyətlərini möhkəmləndirmək və Cənubi Qafqazı Qərb orbitində saxlamaq üçün Vaşinqtonun vaxtı var”, - nəşr əlavə edib.
Qeyd edək ki, “The National Interest” nəşri Pentaqona yaxınlığı ilə seçilir və öz təhlilləri ilə Vaşinqtonun xarici siyasətinə təsir imkanlarına malikdir. Bu baxımdan, nəşrin bu məqaləsi Tramp Administrasiyasına Cənubi Qafqazda atacağı addımlarla bağlı istiqamətlərin təqdim edilməsi kimi qəbul oluna bilər.
Asif
-
Magazin220:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO
-
İdman19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
-
MDB19:12Sabiq nazir iki ay müddətinə həbs edildi
-
MDB19:00Qurban Ömərovun 18 yaşlı oğlu məşqdən sonra insult keçirdi
-
Sağlamlıq18:48Ürək üçün ən faydalı üç qida
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO































.jpg)




