Hakimiyyət tərəfdarı olmayan Rusiya casusudur: Qərbin çarəsizlikdən doğan BÖHTANI
Bizi izləyin

Avropa

Hakimiyyət tərəfdarı olmayan Rusiya casusudur: Qərbin çarəsizlikdən doğan BÖHTANI

Qərbdə rəsmi təbliğata uyğun gəlməyən hər hansı fenomeni Rusiyanın gizli təsiri ilə əlaqələndirmək meyli hakimiyyətin çarəsizliyindən xəbər verir.

Publika.az-ın məlumatına görə, bu barədə "Spiked" yazır.

Məqalə müəllifi hesab edir ki, “rus botları” olmasa belə, seçicilər çoxdan indiki rəhbərliyə alternativ axtarırlar.

Müxalif siyasətçi Naycel Farage Moskvanı dəstəkləməkdə və Rusiya prezidenti Vladimir Putinlə “razılaşmaqda” ittiham olunur.

Artıq postlarını tərk etmiş keçmiş baş nazir Rişi Sunak və keçmiş xarici işlər naziri Boris Conson hesab edir ki, Faraj “Kreml təbliğatı” aparır. Mühafizəkarlar iddia edirlər ki, Rusiya seçkidə Farageyə kömək etməyə çalışır.

Eyni zamanda Sunak iddia edir ki, Leyboristləri dəstəkləmək Putini razı salmaq siyasətinə bərabərdir. Onların lideri, yeni baş nazir Keir Starmer müdafiə xərclərini azaltmaqda ittiham olunur ki, bu da Putinə sərf edir.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm