Bu Avropa ölkəsinə getmək asan olmayacaq: Sərt tədbirlər hazırlanır
Bizi izləyin

Avropa

Bu Avropa ölkəsinə getmək asan olmayacaq: Sərt tədbirlər hazırlanır

Niderland qeyri-qanuni immiqrasiyaya qarşı sərt tədbirlər görməyə başlayacaq. “Ölkə doludur” deyən Azadlıq Partiyası ən sərt sığınacaq qaydalarını tətbiq edəcək.

Publika.az xəbər verir ki, bu barədə Azadlıq Partiyasının Sığınacaq naziri Marjolein Faber açıqlama verib.

Onun sözlərinə görə, son 10 ildə 856 min adamın sığınacağı olan Niderlandda artıq qeyri-qanuni yollarla ölkəyə gələn yeni insanları yerləşdirmək imkanı yox dərəcəsindədir. Nazir bildirib ki, Avropada ən sərt sığınacaq və immiqrasiya qaydaları tətbiq edilməyə başlanılacaq.

Birincisi, fövqəladə vəziyyət (OHAL) elan ediləcək ki, qanunlar tez qəbul olunsun. Fövqəladə vəziyyətin verdiyi səlahiyyətlə ölkənin sığınacaq istəyən insanlara cəlbedici bir yerə çevrilməsinin qarşısını almaq üçün tədbirlər görüləcək.

Müvafiq olaraq, sığınacaq axtaranların ailə birləşməsi məhdudlaşdırılacaq. Maliyyə yardımı kəsiləcək, yalnız yataq, yemək və gigiyena materialları veriləcək. Şəxsiyyət vəsiqəsi olmayan və ölkəyə nə üçün gəldiyini bilməyən şəxslər sərhəddən geri qaytarılacaq.

Bundan başqa Almaniya və ya digər ölkələrdən göndərilən qaçaqlar ilk ayaq basdıqları ölkə Niderland olsa belə geri alınmayacaq. Sosial mənzil immiqrantlara yalnız müstəsna hallarda veriləcək.

Qeyd edək ki, ölkədə sağçı Azadlıq Partiyası seçkilərində qalib gəldikdən sonra anti-immiqrant əhval-ruhiyyə pik həddə çatıb.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm