Avropa
Orbandan KRİTİK AÇIQLAMA: " Macarıstanın təcridinə son qoyuldu, bütün Amerika bizimlədir"
"Respublikaçı Donald Tramp ABŞ-da keçirilən prezident seçkilərində qalib gələndən sonra Macarıstanın təcrid dövrü başa çatıb".
Publika.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban milli telekanal TV2-də çıxış edərkən deyib.
"Trampın qələbəsi ilə Macarıstanın təcridinə son qoyuldu. Biz tək deyilik, bütün Amerika bizimlədir", - deyə Orban bildirib .
Macarıstan rəhbəri onu da vurğulayıb ki, Trampın zəfərli qələbəsindən sonra Ukraynada “sülhə doğru sıçrayış etdik”.
Viktor Orban, Trampın 2025-ci il yanvarın 10-da rəsmi olaraq ABŞ prezidenti vəzifəsinə başlamasından sonra Macarıstan iqtisadiyyatını nələrin gözləyə biləcəyini qısaca təsvir edib. O deyib ki, ilk növbədə, Macarıstanla ikiqat vergitutma qadağasını bərpa etmək mümkün olacaq və altı ay ərzində Aİ enerji qiymətlərinin aşağı salınması ilə bağlı qərarlar qəbul etməlidir.
Bundan öncə Macarıstanın baş naziri "Kossuth" radiostansiyasında çıxışı zamanı Donald Trampın prezident postuna gəlməsindən sonra Ukraynadakı münaqişədən çıxacağını bildirib.
Hüseyn İbadlı
-
İqtisadi gündəm01:112026-cı ildə qızıl bazarında gözlənilməz dəyişiklik olacaq? - VİDEO
-
Sosial00:55Nailə Əkbərova vəfat etdi - FOTO
-
Magazin100:15"Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir"
-
Qoroskop00:00Günün ULDUZ FALI - Eşq həyatınızda müsbət sürprizlər gözlənilir
-
MDB1 Yanvar 23:12Ancelina Coli ABŞ-ı tərk edir - Şayiələr yayılır ki...
-
Avropa1 Yanvar 22:36"Ağır çanta" daşıyan şəxs şahzadənin sarayına iki dəfə daxil oldu
-
Magazin21 Yanvar 21:48Məşhur teleaparıcı az qala okeanda boğulacaqdı - VİDEO
-
Sosial1 Yanvar 21:36Bu qanunlar artıq qüvvədədir - SİYAHI
















.jpg)

.jpg)

.jpg)





.jpg)








