Avropa
Parisdə Yeni il gecəsi 125 nəfər saxlanıldı
Paris polisi Yeni il gecəsi zorakılıq, vandalizm və narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 125 nəfəri saxlayıb.
Publika.az xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti paytaxtın polis prefekturasına istinadən məlumat yayıb.
Qeyd olunur ki, onlardan 33 nəfər qəsdən törədilmiş zorakılıq əməllərinə görə, 15 nəfər zorakılıq və ya əmlakın korlanması məqsədi daşıyan qrup fəaliyyətində iştirak etdiklərinə görə, 10 nəfər psixotrop maddələrin saxlanmasına, 8 nəfər isə narkotik vasitələrdən istifadəyə görə saxlanılıb. Bundan başqa, 5 nəfər kobud təhqirlərə, 5 nəfər partlayıcı maddələrin saxlanmasına görə saxlanılıb, daha 5 nəfər isə barələrində əvvəllər verilmiş həbs orderləri əsasında tutulub. Saxlanılanların ən gənci 17, ən yaşlısı isə 53 yaşındadır.
Paris polis prefekturasından vurğulanıb ki, ötən gecə paytaxt ərazisində heç bir avtomobil yandırılmayıb.
Fransa Daxili İşlər Nazirliyi Yeni il gecəsi təhlükəsizliyin təmin olunmasına 90 min polis və jandarm cəlb edib. Onlardan təxminən 10 mini Paris və ona bitişik ərazilərin küçələrində növbə çəkib. Nazir Loran Nünyes vandalizm və zorakılıq halları zamanı prefektlərə "sərt tədbirlər görmək" tapşırığı verdiyini bildirib.
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli















.png)



















