İdman
“Qalatasaray” onun transferi üçün yenidən hərəkətə keçir
“Qalatasaray” qış transfer pəncərəsində “Mançester Yunayted”in kapitanı Bruno Fernandeşi heyətinə qatmaq üçün fürsət əldə edə bilər. İngiltərə mətbuatında yayılan məlumatlara görə, portuqaliyalı yarımmüdafiəçi klubun yeni müqavilə təklifini qəbul etməyib və mövsümün sonunda komandadan ayrılmağa yaxındır.
Publika.az xəbər verir ki, İstanbul təmsilçisi yayda da transferinə çalışdığı 32 yaşlı futbolçu ilə bağlı vəziyyəti yaxından izləyir.
Fernandeşin “Mançester Yunayted”lə müqaviləsi mövsümün sonunda başa çatır. Bu səbəbdən futbolçu yanvar ayından etibarən digər klublarla birbaşa danışıqlar aparmaq hüququ qazanacaq. “Qalatasaray” onu yayda azad agent kimi heyətinə cəlb edə bilər.
Bununla belə, Türkiyə klubunun rəqibləri də var. İspaniyanın “Barselona” komandasının da təcrübəli yarımmüdafiəçi ilə maraqlandığı bildirilir.
Digər tərəfdən, İngiltərə mətbuatında “Mançester Yunayted”in futbolçunun müqaviləsi başa çatmamış onun satışından gəlir əldə etmək istədiyi vurğulanır. Bu variant reallaşarsa, “Qalatasaray” yanvar ayında müəyyən transfer məbləği ödəməklə Fernandeşi heyətinə qata bilər. İngiltərə klubunun münasib qiymət müəyyənləşdirməsi İstanbul təmsilçisinin bu keçidi daha tez reallaşdırmasına şərait yarada bilər.
Baş məşqçi Okan Burukun da qış fasiləsində yarımmüdafiə xəttinin gücləndirilməsini istədiyi qeyd olunur. Fernandeşin hücumameyilli yarımmüdafiəçi mövqeyində, Batrakovun isə daha geridə çıxış etməsi variantı müzakirə edilir.
Xatırladaq ki, yay transfer dönəmində Fernandeşin “Qalatasaray”a keçidinə müsbət yanaşdığı iddia olunsa da, “Mançester Yunayted” futbolçunu buraxmağa razı olmamışdı. Hazırda isə onun gələcəyi ilə bağlı vəziyyətin dəyişdiyi bildirilir. Bununla belə, transferin baş tutacağı hələlik rəsmən təsdiqlənməyib.
-
İdman07:30“Qalatasaray” onun transferi üçün yenidən hərəkətə keçir
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
ABŞ05:45"SpaceX" mümkünsüzü bacardı - "Starship" xüsusi platforma vasitəsi ilə tutuldu
-
Region04:14Türkiyədə ailələr arasında silahlı toqquşma - Çox sayda yaralı var
-
Region01:11Fulya Öztürk Leyla Əliyeva ilə bir arada - VİDEO
-
Magazin200:30Türk aparıcı 11 saat qaranlıq qutuda qaldı
-
Magazin214 Noyabr 22:48Emma kameralar qarşısında yıxıldı - FOTO
-
Art14 Noyabr 22:00Qızından sabiq nazirlə bağlı paylaşım - FOTO





















.png)














