İqtisadi gündəm
Dolların gələn il üzrə məzənnəsi ilə bağlı proqnozlar açıqlandı
“Morgan Stanley”, eləcə də “JPMorgan Chase” investisiya banklarının strateqləri dolların məzənnəsinin gələn ilin ortalarında zirvəyə yüksələcəyini, sonra sərt eniş yaşayacağını proqnozlaşdırırlar. "Societe Generale"dan verilən açıqlamada bildirilir ki, dollar indeksi gələn ilin sonuna qədər 6 faiz ucuzlaşacaq. Bankın valyuta strategiyasının rəhbəri Kit Juckes bildirib ki, 2024-cü ili 2015-ci ildən bəri ən güclü ralli ilə başa vuran dollar dayanıqlı olmayan mərhələyə keçir.
Publika.az xəbər verir ki, dollar indeksi 2024-cü ildə 6,3 faiz bahalaşıb. Yükəlmə əsasən ABŞ-da noyabrın əvvəlində keçirilən prezident seçkilərindən sonra Donald Trampın bəzi ölkələrlə ticarətdə gömrük rüsumlarının artırılacağı ilə bağlı açıqlamalarından sonra baş verib. “Morgan Stanley”in makro və valyuta strateqlərinin fikrincə, gələn ilin bu vaxtı dollar indiki səviyyədən çox aşağı olacaq. “JPMorgan” analitikləri isə hesab edir ki, Federal Ehtiyat Sistemi faiz dərəcələrini əhəmiyyətli dərəcədə yumşaldarsa, dollar nisbi gəlir/böyümə üstünlüyünü itirəcək. Bu da ABŞ valyutasının kəskin zəifləməsinə gətirib çıxaracaq.
-
İdman22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH











.jpg)

.jpg)





.jpg)

















