Avropa
Bu ölkənin qaz ehtiyatları təhlükəli dərəcədə azaldı: cəmi bir həftəlik...
Böyük Britaniyanın ən böyük qaz saxlama obyektinin operatoru olan “Centrica” şirkəti Britaniyada qaz ehtiyatlarının təhlükəli həddə azaldığını və soyuq hava şəraitindən sonra ölkənin cəmi bir həftəlik qaz tələbatını qarşılayacaq səviyyədə olduğunu bildirib.
Publika.az xəbər verir ki, şirkətin məlumatına görə, Böyük Britaniyanın qaz saxlama obyektlərindəki ehtiyatlar ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz azdır.
Bu da anbarların təxminən yarı dolu olması deməkdir. Bu vəziyyət Böyük Britaniyanın cəmi bir həftəlik qaz tələbatını ödəyə biləcəyini göstərir.
“Biz enerji sistemimizdə qaz ehtiyatı saxlama roluna görə Avropadan fərqlənirik və bu fərqin nəticələrini indi daha aydın şəkildə görürük”, – deyə “Centrica”nın icraçı direktoru Kris Oşea vurğulayıb.
Qeyd edək ki, Böyük Britaniya evlərin istilik təchizatı üçün əsasən qaza güvənir və eyni zamanda elektrik enerjisinin istehsalında da qazdan geniş istifadə edir.
-
Dünya17:30Əsəd rejiminin son günlərinə dair şok faktlar - Sevgilisinin ölüm əmrini kim verib?
-
Rəsmi xronika16:55Prezident Tahir Budaqovu icra başçısı təyin etdi
-
Magazin115:59Aybəniz Haşımovaya yeni vəzifə verildi
-
Nida Xəbər 15:38Azərbaycan İranla sərhədi açır?
-
MDB15:01Putini əvəz edəcək adam axtarılır: Rusiya elitası qorxu içində
-
Nida Xəbər 14:49Əliyevlə Paşinyan bu tarixdə Vaşinqtona gedəcək - İDDİA
-
Region13:42Türkiyədə bu körpə qidası qadağan edildi: Tərkibində zəhərli maddə var - Azərbaycanda da satılır
-
Art12:08Rusların Türkiyə seriallarına sevgisi durmadan artır: Səbəbi açıqlandı









































