İdman
“Real” Madrid derbisinə ciddi itki ilə çıxa bilər
“Real”ın qapıçısı Tibo Kurtua Çempionlar Liqasında “Mançester Siti”yə qarşı keçirilən oyunda yalnız ilk hissədə çıxış edib.
Publika.az xəbər verir ki, belçikalı qolkiper zədə aldığı üçün fasilədə əvəzlənib və onun yerinə Andrey Lunin meydana daxil olub. Kurtuanın zədəsinin ciddilik dərəcəsi hələ dəqiq müəyyənləşdirilməyib.
Bu səbəbdən onun “Atletiko Madrid”ə qarşı keçiriləcək derbidə iştirakı sual altındadır. Məlumatı jurnalist Alberto Pereyro yayıb.
Qeyd edək ki, İngiltərədə qazanılan qələbədən sonra “Real”ın baş məşqçisi Alvaro Arbeloa Kurtuanın derbidə oynaya biləcəyini gözlədiyini bildirib.
Madrid derbisi 22 mart tarixində keçiriləcək və oyunun start fiti Bakı vaxtı ilə 00:00-da səslənəcək.
-
ABŞ21:39ABŞ vizası almaq istəyənlərin nəzərinə: On beş min dollar və ya…
-
Dünya20:12İranın xəbərdarlığı bazarları silkələdi: Neft obyektləri boşaldılır
-
İnanc19:50Ramazanın 29-cu günü: Dua, imsak və iftar vaxtı...
-
Kriminal19:4016 yaşlı Nuranəni boğaraq Kürə atan şəxsin cəzası ağırlaşdırıldı
-
Region18:50Pezeşkian onların ölümündən yazdı
-
Rəsmi xronika18:40Prezident Xanoba kəndində görülən işlərlə tanış oldu - Yeniləndi
-
Rəsmi xronika17:48İlham Əliyev sərəncam imzaladı
-
İKT17:00Azyaşlıdan İlham Əliyevə: “Sənin maşınını istəyirəm...” - Video





































