Nida Xəbər
“Yaxşı nümunə göstərirsiniz, gərək əhali artsın” – Prezidentdən 6 uşaqlı ataya
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonunun Xanoba kəndinə gediblər.
Publika.az bildirir ki, bayram tonqalını qaladıqdan sonra dövlət başçısı ilə sakinlərdən birinin maraqlı dialoqo olub.
Sakin: Cənab Prezident, 1992-1993-cü illərdə biz buradan ağlayaraq, sürünərək getmişik. İndi buraya sevinc hissi ilə qayıtmışıq, Sizin sayənizdə qayıtdıq, Sizin rəhbərliyinizlə, Sizin “dəmir yumruğ”unuz sayəsində, Ordumuzun gücü ilə. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.
Prezident İlham Əliyev: Amin.
Sakin: Sizə çox təşəkkür edirik. O vaxt mən buradan tək çıxmışdım, bu gün isə bura 6 uşağımla gəlmişəm.
Prezident İlham Əliyev: Allah saxlasın.
Sakin: Sağ olun, uşaqları da götürüb gəlmişik.
Prezident İlham Əliyev: Neçə uşaqdır?
Sakin: Altı uşaqdır, üzr istəyirəm, yoldaşım qəhrəman anadır.
Prezident İlham Əliyev: Allah saxlasın. Çox yaxşı. Allah köməyiniz olsun. Yaxşı nümunə göstərirsiniz. Gərək əhali artsın, mütləq.
Sakin: Allah köməyiniz olsun.
Prezident İlham Əliyev: Düzdür, bu gün də artır, amma daha da sürətlə arta bilər.
-
Rəsmi xronika1 İyul 23:15Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - Video/Yeniləndi
-
Kriminal1 İyul 22:18İqbal Ağazadənin adından mesajlar göndərib pul istəyirlər... - Polis araşdırma aparır
-
Region1 İyul 21:13Türkiyəyə yenə PUA atıldı - Bu ölkəyə məxsusdur
-
Magazin21 İyul 20:48Xalq artisti qızına 2 gün toy edəcək
-
Magazin21 İyul 19:10Bu ölkə “Avroviziya”da ilk dəfə iştirak edəcək
-
Kriminal1 İyul 19:00Sevgilisinin yeni həyat vədinə aldanan azərbaycanlı qızın meyiti tapıldı - Foto
-
Region1 İyul 17:36Ermənistanın Türkiyə ilə sərhəd planı: Görün ilk kimlər keçəcək
-
Dünya1 İyul 15:46NATO bu ölkəni "bir nömrəli düşmən" elan etdi - Yeni strategiya işə düşür







.jpg)


























