Böyük Britaniya və Ukrayna arasında 100 illik MÜQAVİLƏ - Hansı planlar qurulur?
Bizi izləyin

Avropa

Böyük Britaniya və Ukrayna arasında 100 illik MÜQAVİLƏ - Hansı planlar qurulur?

Böyük Britaniya və Ukrayna 100 illik tərəfdaşlıq müqaviləsi imzalayıb.

Publika.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" məlumat yayıb.

Bildirilib ki, müqavilə iki ölkə arasında ticarət, təhlükəsizlik və müdafiə, elm və texnologiya, təhsil, mədəniyyət və s. kimi bütün sahələrdə güclü əlaqələr qurmaq üçün nəzərdə tutulub.

Müvafiq sazişi Ukrayna Prezidenti Volodimir Zelenski bir gün əvvəl elan olunmamış səfərlə Kiyevə gələn Böyük Britaniyanın baş naziri Key Starmerlə imzalayıb.

Müvafiq sənəd Baltik, Qara və Azov dənizlərində təhlükəsizliyi gücləndirmək və Rusiyanın davam edən təcavüzünün qarşısını almaq üçün yeni struktur vasitəsilə dəniz təhlükəsizliyi sahəsində ölkələr arasında hərbi əməkdaşlığı təşviq edəcək.

O, həmçinin sağlamlıq və xəstəlik, aqro-texnologiya, kosmos və dronlar kimi sahələrdə elm və texnologiya tərəfdaşlıqlarını inkişaf etdirmək, təlim layihələri vasitəsilə dostluq əlaqələri qurmaq üçün mütəxəssisləri bir araya gətirəcək.

İşğal olunmuş Ukrayna ərazilərindən oğurlanmış taxılı izləmək üçün Britaniya tərəfindən hazırlanmış yeni taxıl təftiş sxemi də işə salınacaq.

Bundan əlavə, sənəd Böyük Britaniyanın Ukraynanın enerji sektorunda prioritet tərəfdaşı kimi mövqeyini, kritik mineralların hasilatı və “yaşıl” polad istehsalı strategiyasını təsbit edir.

Sənəddə qeyd olunur ki, NATO-ya üzvlük Ukraynanın təhlükəsizliyinin ən yaxşı təminatıdır və Böyük Britaniya Ukraynanın NATO üzvlüyünə dönməz yolunu güclü şəkildə dəstəkləyir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm