Hadisə
FHN Sumqayıtdakı dəhşətli qəza ilə bağlı MƏLUMAT YAYDI
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sülh küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Publika.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Kia Cadenza" markalı minik avtomobili ilə "Hyundai Elantra” markalı minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsinin baş verdiyi müəyyən olunub.
Yanğınsöndürənlər tərəfindən "Kia Cadenza" markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin salonu və mühərrik hissəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Qəza nəticəsində iki nəfər aldıqları bədən xəsarətlərindən vəfat edib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
xxx
Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 16.01.2025-ci il tarixində saat 20:40 radələrində 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub.
Publika.az xəbər verir ki, bu barədə "Report"a Sumqayıt Tibb Mərkəzindən bildirilib.
Onlardan 1 nəfər Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Digər 2 nəfərə isə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir, vəziyyətləri orta ağırdır.
Hadisə zamanı ölənlərin birinin şəxsiyyəti də məlum olub. Belə ki, onun 1960-cı il təvəllüdlü Mehtiyev Yavər Əjdər oğlu olduğu bildirilir.
-
ABŞ05:45Amerikalılar süni intellektdən imtina edir
-
Ekologiya02:19Günəşdə güclü PARTLAYIŞ oldu
-
Dünya01:40İki yüksək sürətli qatar relsdən çıxdı - Ölənlər və yarlananlar var
-
Avto01:20Güzəştin ləğvindən sonra maşın bazarında son qiymətlər - VİDEO
-
Qoroskop00:35Günün ulduz falı: Gözlənilməz xərclər ola bilər
-
Magazin118 Yanvar 23:35Arıqlama dərmanı içən Şəbnəm ölümdən döndü - Ürəyi getdi, ağzından köpük gəldi
-
Ekopublika.az18 Yanvar 22:56Bakının bu ərazilərindəki mənzillər rekord qiymətə satılır - Bir kvadratmetri 17 550 manata...
-
Hadisə18 Yanvar 21:45Bakının mərkəzində dönərxana YANDI - VİDEO/YENİLƏNDİ















.jpg)



.jpg)




.jpg)











