Avropa
Fransa ABŞ-ı HƏDƏLƏDİ - Qoşun göndərəcəyik
Fransa adanı ABŞ-a verməmək üçün Qrenlandiyaya qoşun göndərməklə hədələyib.
Publika.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Fransanın xarici işlər naziri Jan-Noel Barrot "Sud Radio"ya müsahibəsində deyib ki, Fransa Danimarka ilə qoşunların yerləşdirilməsi məsələsini müzakirə etməyə başlayıb. Onun sözlərinə görə, Aİ-nin digər ölkələri də lazım gələrsə, hərbi personalın göndərilməsi məsələsini nəzərdən keçirməyə hazırdır.
“Danimarka köməyə çağırsa, Fransa orada olacaq. Avropa sərhədləri istər şimal, istər cənub, istər şərq, istərsə də qərb olsun suverendir. Heç kəs bizim sərhədlərimizə müdaxilə edə bilməz”, - deyə Fransanın xarici işlər naziri bildirib.
Xatırladaq ki, ABŞ lideri Donald Tramp milli təhlükəsizliyi təmin etmək üçün adanın dövlətin bir hissəsinə çevrilməli olduğunu demişdi. Qrenlandiyanın keçmiş baş naziri Kuupik Kleist onun bəyanatını tənqid edib. Onun sözlərinə görə, yerli sakinlər“vətənlərinin daşınmaz əmlak alqı-satqısının predmeti kimi müzakirə olunduğuna görə özlərini təhqir olunmuş hiss edirlər.
Hüseyn İbadlı
-
İdman11:06
Azərbaycan millisinin kapitanı narkotikə qurşanıb, görün nə hala düşüb - ŞOK VİDEO
-
ABŞ10:30
Transgender əsgərlər Trampı məhkəməyə verdi
-
Region09:54
Moskvadan İrəvana sərt mesaj: Heç kim üçün illüziya yoxdur, bazarınız bağlanacaq
-
Hadisə08:30
Qəzada ölən İcra Hakimiyyəti əməkdaşının FOTOSU
-
ABŞ08:10
Sərnişin təyyarəsi helikopterlə toqquşub çaya düşdü: cəmi 4 nəfər sağ çıxdı - VİDEO
-
Digər07:15
Yerə asteroid düşə bilər - Bu tarixdə
-
Qoroskop00:55
Günün qoroskopu: Yeni maliyyə fürsətləri araşdırmaq üçün əla vaxtdır
-
Nida Xəbər 00:15
Seçkilərin ilkin nəticələri açıqlandı - Video